"Alfred" tropik siklonu Avstraliyanın şərq sahillərini təhlükə altına alıb

"Alfred" tropik siklonu Avstraliyanın şərqindəki Kvinslend və Yeni Cənubi Uels (NSW) ştatlarına doğru irəliləyir və ən azı 20 min ev təhlükə altındadır.
Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, hakimiyyət orqanları “Alfred” tropik siklonunun Kvinslendin cənub-şərqinə və NSW-nin şimal sahilinə doğru irəlilədiyini açıqlayıb.
Səlahiyyətlilər təkcə Kvinslend ştatının Brisben şəhərində 20 min evin fırtına dalğası və siklon səbəb olduğu daşqın riski altında olduğunu bildirib.
Kvinslend ştatının baş naziri David Crisafulli vətəndaşları ayıq-sayıq olmağa çağırıb.
Crisafulli əldə edilən bütün məlumatların tropik siklonun ciddi qəbul edilməsi lazım olduğunu qeyd edib.
Meteorologiya Bürosu tropik siklonun Brisben şəhərindən 600 kilometr şərqdə yerləşdiyini bildirib.