Rövşən Əsgərov yenidən axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi (DİN) barəsində cinayət işi açılmış "Nə? Harada? Nə zaman?" televiziya oyununun iştirakçısı Rövşən Əsgərovu yenidən axtarışa verib.
Bu barədə oxu.az Rusiya DİN-in saytına istinadla xəbər verir.
Məlumatda deyilir: "Xüsusi əlamətlər: yenidən axtarışa verilib. Daha əvvəl axtarışda idi…".
Qeyd edək ki, bunadək Rusiyada məhkəmə R.Əsgərov barəsində qiyabi həbs qərarı çıxarıb.