Tarixin ən böyük canlılarından birinin gözləniləndən daha böyük olduğu ortaya çıxdı


Yeni bir araşdırmaya görə, tarixdən əvvəlki dövrün ən böyük yırtıcılarından biri olan meqalodon əvvəlki təxminlərdən 9 metr uzun ola bilər.


Əvvəllər təxminən 15 metr uzunluğunda olduğu düşünülən nəhəng köpəkbalığının əslində 24 metrə qədər çata bildiyi təyin olunub.

Araşdırma aparan elm adamları meqalodonun əvvəllər düşünüldüyündən daha incə və uzun bədənə malik olduğunu və böyük ağ köpəkbalığını deyil, daha zərif quruluşa malik limon köpəkbalıqlarına bənzədiyini bildiriblər.

Meqalodonun dəqiq ölçüsü nə idi?

Bu günə qədər meqalodonun tam fosili tapılmamışdır. Lakin tədqiqatçılar nəhəng tarixdən əvvəlki köpəkbalıqlarının daşlaşmış onurğalarını bu gün yaşayan köpək balıqlarının anatomiyası ilə müqayisə edərək yırtıcının əsl ölçüsünü təxmin ediblər.

Çikaqodakı DePaul Universitetinin bioloqu Dr. Kenşu Şimada və komandası 145 canlı və 20 nəsli kəsilmiş köpək balığı növünün bədən nisbətlərini təhlil edib. Bu məlumatlara əsaslanan hesablamalar göstərib ki, meqalodon uzun və nazik bədən quruluşuna malikdir.

Dr. Şimada "Biz meqalodonun böyük ağ köpəkbalığının nəhəng versiyası olduğu fikrindən uzaqlaşmalıyıq" deyib.

Meqalodon təxminən 15 milyon il əvvəl ortaya çıxıb və 3,6 milyon il əvvələ qədər dünya okeanlarında ən güclü yırtıcılardan biri olaraq yaşayıb. Lakin o, heç vaxt insanlarla eyni dövrdə mövcud olmayıb.

Alimlər düşünürlər ki, meqalodon daha səmərəli hərəkət etmək üçün daha incə bədənə çevrilib. Mavi balinaların uzun və incə bədənləri sayəsində uzunluğu 30 metri keçə bildiyi kimi, meqalodon da bu xüsusiyyətləri ilə daha əvvəl təxmin ediləndən çox daha böyük uzunluğa çatmış ola bilər.

Araşdırmanın nəticələri "Palaeontologia Electronica" jurnalında dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu