Atəşkəs Ukraynanın irəli sürdüyü müəyyən şərtlər nəzərə alınmaqla olmalıdır - Kanadanın baş naziri

Kanadanın baş naziri Mark Karni ABŞ-ın Ukraynada atəşi dayandırmaq səylərini dəstəklədiyini bildirib.
"Prezident Tramp atəşkəsin baş tutması üçün hər şeyi edir. Mən bunu tam dəstəkləyirəm", - deyə Karni Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın söhbətini şərh edərkən bildirib.
Eyni zamanda, Kanadanın baş naziri əlavə edib ki, atəşkəs rejimi Ukrayna hökumətinin haqlı olaraq irəli sürdüyü müəyyən şərtlər nəzərə alınmaqla yaradılmalıdır.