Tramp: Zelenskini “diktator” adlandırdığıma inana bilmirəm


Zelenskiyə diktator dediyimə inana bilmirəm.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. BBC-nin siyasi redaktoru Kris Meyson ABŞ prezidenti Donald Trampdan Ukrayna prezidenti Vladimir Zelenskinin hələ də “diktator” olduğuna inanıb-inanmadığını soruşub. "Mən bunu dedim? "Mən bunu dediyimə inana bilmirəm" - deyə Tramp cavab verib.

Qeyd edək ki, ötən həftə ABŞ və Rusiya arasında Ukraynanın iştirakı olmadan keçirilən görüşə görə Zelenskini tənqid etdikdən sonra Tramp Kiyevin 2019-cu ildən bəri seçki keçirməməsinə işarə edərək, Ukrayna liderini “diktator” adlandırıb.

Ukraynada seçkilər 2024-cü ilin may ayına təyin edilsə də, Ukraynada müharibə başlayandan hərbi vəziyyət hökm sürdüyü üçün proses təxirə salınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu