Əbu-Dabidən Qəbələyə birbaşa reyslər başlayır


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərindən Qəbələ Beynəlxalq Hava Limanına birbaşa uçuşlar reallaşdırılacaq.


Bu barədə AFN.az-a “Zakher” turizm şirkətinin rəhbəri Cəfər Qara bildirib. Onun sözlərinə görə, uçuşları “Wizz Air Abu Dhabi” həyata keçirəcək: "Aviaşirkət bu il iyunun 19-dan etibarən çərşənbə axşamı, cümə axşamı şənbə günləri olmaqla həftədə 3 dəfə reys reallaşdıracaq. Uçuşlar təxminən 3 saat davam edəcək. Qəbələdən 10:00-da uçuş başlayacaq, 13:00-da Əbu-Dabidə olacaq. Geri dönərkən 05:55-də uçuş başlayacaq, 09:05-də Qəbələ hava limanına təyyarə eniş edəcək. Bir nəfər üçün bilet əl baqajı ilə birlikdə 315 manat təşkil edəcək. Hazırda reyslər sistemdə görünür. Sərnişinlər turizm şirkətlərinə müraciət edərək bilet və turpaketlər ala bilər. Hazırda 2025-ci ilin 19 iyunundan 2026-cı ilin 28 martına qədər reyslər mövcuddur. Qiymətlər olduqca uyğundur. Bildiyiniz kimi, “Wizz Air" hava yolları şirkəti Macarıstana məxsus idi və onun bir hissəsini Əbu-Dabi hökuməti alıb, aşağı büdcəli uçuşlar həyata keçirir. Qəbələ ilə yanaşı, Bakı şəhərinə də uzun müddətlər həm Budapeştdən, həm də Əbu-Dabidən reyslər mövcuddur".

C.Qaranın sözlərinə görə, bu hava yolları şirkətin Azərbaycana, xüsusilə də Qəbələyə bribaşa reyslər reallaşdırması regionda turizm potensialına dəstəkdir: "Pandemiyadan öncə "FlyDubai" hava yolları reyslər reallaşdırırdı. Təəssüf ki, bu uçuşlar hazırda mövcud deyil. Lakin “Wizz Air"in belə bir reyslərə başlaması çox sevindiricidir. Qeyd edim ki, BƏƏ-də hazırda 11 milyon vətəndaş yaşayır, onun da 4 milyonu paytaxt Əbu-Dabinin payına düşür. Həmçinin BƏƏ vətəndaşlarına qarşı hazırda vizasız rejim tətbiq olunur. BƏƏ-də yaşamaq icazəsi olan bütün insanlar Azərbaycana uçuş reallaşdıraraq 30 günlük müddəti olan vizanı ölkəmizin hava limanlarında 30 dollar ödəməklə əldə edə bilərlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu