Karni Kanadanın suverenliyini tanıdığı təqdirdə Trampla dialoqa hazırdır

Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampla müxtəlif məsələlərdə danışıqlara başlamağa hazır olduğunu bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bunu Amerika prezidentinin Kanadanın suverenliyini tanıması şərti ilə edə biləcəyini deyib.
"Mən bunu etməyə tam hazıram, lakin bir şərt var: Tramp Kanadanın suveren ölkə olduğunu etiraf etməlidir. Biz daha geniş müzakirəyə başlamazdan əvvəl bunu deməli və qəbul etməlidir", - deyə Karni jurnalistlərə deyib.
Tramp ikinci prezidentliyi dövründə artıq dəfələrlə Kanadanın ABŞ-ın 51-ci ştatı olmalı olduğunu bəyan edib.