769 min dollar dəyərində sırğaları oğurladıqdan sonra uddu

ABŞ-ın Florida ştatında maraqlı oğurluq hadisəsi baş verib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bir şəxs oğurladığı təxminən 769 min dollar dəyərində olan sırğaları udub. Lakin sonradan polis həmin zinət əşyalarının tapılaraq mağazaya qaytarılmasına nail olub.
Orlando Polisinin X hesabında fevralın 26-da məşhur zərgərlik mağazasında baş verən oğurluq hadisəsi ilə bağlı başladılan istintaqla bağlı açıqlama verilib.
Oğru Jaythan Gilder zərgərlik mağazasına daxil olmaq və zərgərlik kolleksiyasını görmək üçün özünü NBA-da basketbolçu köməkçisi kimi göstərib, daha sonra məmurların diqqətini yayındıraraq 769 min dollar dəyərində sırğa və 575 min dollarlıq üzüklə qaçıb.
Avtomobili ilə qaçan Gilder qısa müddət sonra yaxalanıb.
Açıqlamada Gilderin oğurladığı sırğaların rentgen müayinəsi zamanı onun mədəsində olduğu, oğrunun günlərlə xəstəxanada nəzarətdə saxlandığı müəyyən edilib.
Açıqlamada oğrunun bədənindən təbii yolla çıxarılan sırğaların mağazaya qaytarıldığı bildirilir.