İtkin rəfiqələrdən biri də tapıldı

Martın 17-də itkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
AFN.az Oxu.az-a istinadən xəbər verir ki, itkin düşən kimi axtarışa verilmiş yeniyetmələrdən biri də polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, martın 17-də yetkinlik yaşına çatmayan üç rəfiqə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onlardan birinin anası müğənnidir.
Xatırladaq ki, dünən rəfiqələrdən biri də tapılmışdı.