"Molde" klubu Nəriman Axundzadəyə təklif göndərib


Norveçin “Molde” klubu “Qarabağ”ın hücumçusu Nəriman Axundzadəni transfer etmək istəyir.


AFN.az-ın xəbərinə görə, bu barədə “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev “Qafqazinfo”ya açıqlama verib.

“Rəsmi təklif gəlib. Klubumuz tərəfindən onlara rəsmi cavab verilib. Bundan sonra geridönüş olmayıb. Bu gün isə onlarda artıq “transfer pəncərəsi” bağlanır”,- deyə o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu