Türkiyə klubu "Qarabağ"ın futbolçusunu transfer edir


"Qarabağ"ın serb yarımmüdafiəçisi Uroş Matiç karyerasını Türkiyədə davam etdirə bilər.


"Giresun Spor Gazete"nin məlumatına görə, ötən yay Ağdam klubuna transfer edilən və 2+1 illik müqaviləyə imza atan futbolçu 1-ci Liqa təmsilçisi "Giresunspor"un maraq dairəsinə düşüb.

Fanat.Az məsələyə aydınlıq gətirmək üçün "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəllə əlaqə saxlayıb:

"Matiçlə maraqlandıqlarından xəbərimiz var. "Giresunspor"un idman direktoru Fatih Kavlak azərbaycanlı futbol azarkeşləri üçün də tanış simadır. Yəni onunla dost münasibətimiz var. Amma Uroşa görə "Qarabağ"a rəsmi təklif gəlməyib. İndilik onu deyə bilərəm ki, Matiçin bizim klubla 1+1 illik müqaviləsi var".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu