“Qarabağ” ulduz futbolçunu transfer edir?


“Qarabağ” “Şanqai Port”ın yarımmüdafiəçisi Oskar ilə maraqlanır. 31 yaşlı braziliyalı karyerasını Azərbaycanda davam etdirə bilər.


AFN.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb. Xəbərdə ağdamlıların Oskarı mövsümün sonuna qədər icarəyə götürmək istədiyi bildirilir.

“Çelsi”dən tanıdığımız braziliyalı yarımmüdafiəçinin “Şanqai Port”da özünü xoşbəxt hiss etmədiyi və bu səbəbdən klubdan ayrılmağa müsbət yanaşdığı qeyd olunur. Oskarın klubla müqaviləsi 2024-cü ilin noyabr ayına qədərdir. O, bu mövsüm cəmi bir dəfə kubok oyununda meydana çıxıb və bir qol vurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu