NATO təyyarələri Rusiyanın "İl-20M"lərinə görə hazırlıq vəziyyətinə gətirilib

NATO qırıcıları Baltik dənizindəki Rügen adasının şərqində Rusiyaya məxsus İl-20M təyyarəsini xəbərdar etmək üçün hərəkətə keçib.
AFN.az xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
NATO hava məkanının təhlükəsizliyini təmin etmək üçün Almaniya Hərbi Hava Qüvvələrinə məxsus iki "Eurofighter" qırıcısı Laagedə (Almaniyanın şimalındakı Meklenburq-Ən Pomeraniya federal əyaləti - red.) aviabazadan havaya qalxıb. Alman tərəfinin bildirdiyinə görə, İl-20M transponderləri söndürülmüş vəziyyətdə uçub və radio əlaqə qurmayıb.
"Bild" yazır ki, alman qırıcıları Rusiya təyyarəsini Kalininqrada dönənə qədər bir neçə kilometr izləyiblər.
Rusiya Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Rusiya hərbi aviasiyasının bütün uçuşları hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi riayət olunmaqla həyata keçirilir.