"Politico": Aİ ABŞ-ın rüsumlarına güclü mövqedən cavab vermək istəyir


Avropa Birliyi ABŞ prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi 20 faizlik rüsumlara güclü mövqedən cavab vermək istəyir.


AFN.az xəbər verir ki, bu barədə “Politico” nəşri diplomatlara istinadən məlumat yayıb.

"Müzakirələrin bütün iştirakçıları hesab edir ki, biz mütləq dərhal reaksiya verməli deyilik, lakin biz bunu güclü mövqedən etməliyik", - nəşrin mənbəsi bildirib. Aİ mənbələri Brüsselin “rüsumlara nifrət etdiyini” və Vaşinqtonla ticarət əlaqələrini gərginləşdirməkdən qaçmaq istədiyini bildirirlər. Lakin Aİ ölkələrinin əksəriyyəti Trampın diqqətini cəlb etmək üçün nəsə etmək lazım olduğuna əmindir.

"Politico"nun mənbələri hesab edir ki, Aİ xarici işlər nazirləri bazar ertəsi Lüksemburqda görüşərək əks-hücum strategiyasını və Avropanın tariflər tətbiq etmək istədiyi Amerika sənayesinin sektorlarını müzakirə edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu