KİV: ABŞ-da daşqın və tornadolarda ən azı 20 nəfər ölüb

Tennessi, Kentukki və Corciya da daxil olmaqla, ABŞ-ın bir çox ştatlarında daşqın və tornado nəticəsində ən azı 20 nəfər ölüb.
AFN.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Bildirilir ki, ölənlər arasında Kentukkidən olan doqquz yaşlı uşaq da var, onu avtobus dayanacağına gedərkən sel suları aparıb. Ölənlərin əksəriyyəti - 10 nəfər Tennessi ştatında olub, onlardan bəziləri Selmer qəsəbəsini vuran güclü tornadonun qurbanı olub. Həmçinin Corciyada qolf meydançasında ağacın üstünə aşması nəticəsində iki nəfər ölüb.
Ümumilikdə, telekanalın məlumatına görə, 10 ştatda 90-dan çox tornado qeydə alınıb.
Güclü yağış mərkəzi ştatlarda dağıdıcı daşqınlara səbəb olub. Fırtına Proqnoz Mərkəzinin məlumatına görə, Ohayo Vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk altındadır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında ən yüksək, 4-cü səviyyəli daşqın xəbərdarlığı verilib. Yağışlar fövqəladə təxliyələrə və yolların bağlanmasına səbəb olub.