Ceyhun Bayramov BƏƏ-yə getdi

Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə yola düşüb.
AFN.az-ın xəbərinə görə, bu barədə XİN-dən məlumat verilib.
Səfər çərçivəsində nazirin Abu Dabi şəhərində bir sıra yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulur.