İtaliyanın baş naziri Trampla danışıqlar aparacaq: Makron isə əleyhinədir

İtaliyanın baş naziri Giorgia Meloni Avropada rüsumlarla bağlı ABŞ-ın prezidenti Donald Trampla danışıqlar aparmağa hazırlaşır.
AFN.az xəbər verir ki, o hazırda Aİ liderləri içərisində Ağ Evlə ən yaxşı əlaqələri olan şəxsdir. Meloninin məqsədi sənaye mallarına 20 faizlik rüsumun ləğvinə nail olmaq və ya ən azı 10 faizə endirməkdir.
Donald Tramp artıq Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyasının rüsumların ləğv edilməsi ilə bağlı təklifini rədd edib. İndi Meloni Ağ Evə getməyi planlaşdırır: onun səfəri aprelin 16-na nəzərdə tutulub. İtaliya danışıqlarda daha yumşaq yanaşmanın tərəfdarıdır və bu mövqeyi İspaniya və İrlandiya tərəfindən dəstəklənir.
Emmanuel Makron başda olmaqla Fransa buna qarşıdır. Məhz Paris AB-yə xüsusilə sərt cavab tədbirləri təklif edib - məsələn, "Google", "Meta", "Microsoft" və "Amazon" kimi Amerika nəhənglərinə vergi təzyiqi.
Üstəlik, özünü Avropa üçün əsas söz sahibi kimi görən Makron Meloninin bu danışıqlarda fəal rol oynamasına tənqidi yanaşır. Bununla belə, görünür, Avropa Komissiyası Meloninin təşəbbüsünü dəstəkləyir. İtaliyanın baş nazirinin ABŞ-a səfərindən əvvəl və sonra fon der Leyenlə görüşməyi planlaşdırdığı bildirilir.