KİV: ABŞ aprelin 9-dan Çinə 104 faiz rüsum tətbiq etməyə başlayacaq


ABŞ aprelin 9-dan Çin məhsullarına 104 faiz rüsum tətbiq etməyə başlayacaq.


AFN.az xəbər verir ki, bu barədə "Fox Business" məlumat verib.

"Ağ Evin mətbuat katibi bildirib ki, əlavə 104 faizlik rüsumlar qüvvəyə minib, çünki Çin cavab tariflərini qaldırmayıb. Bu rüsumlar aprelin 9-da tətbiq edilməyə başlayacaq", - o yazıb.

Ağ Evdən nəşrə bildirilib ki, sözügedən rüsumlar Şərqi Sahil vaxtı ilə gecə yarısından etibarən Çindən gələn mallara tətbiq ediləcək.

ABŞ və Çin artıq martın 4-də 20 faizə çatan qarşılıqlı tariflər tətbiq edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu