BMT: Bir aydan artıqdır ki, yardımın çatmadığı Qəzzada təhlükəsiz yer yoxdur


Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Ami Pope qeyd edib ki, humanitar yardım bir aydan çoxdur Qəzzaya çata bilmir və burada heç bir yer təhlükəsiz deyil.



Pope X-də İsrailin hücumları və blokadası altında olan Qəzzada baş verənlərlə bağlı paylaşım edib.

Bir aydan artıqdır ki, humanitar yardımların Qəzzaya daxil ola bilmədiyini xatırladan Pope "Yüz minlərlə insan yenidən evlərindən didərgin düşüb. Qəzzada təhlükəsiz yer yoxdur" deyib.

Pope Qəzzada insanların həyatını xilas etmək üçün təcili hərəkətə keçməyə çağıraraq, "Atəşkəsi bərpa edin. Yardımların girməsinə icazə verin. Mülki insanları qoruyun" bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu