"Axios": Vitkoff Putinlə görüşmək üçün Rusiyaya gedir

ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff Rusiya prezidenti Vladimir Putinlə aprelin 11-də baş tuta biləcək görüş üçün Rusiyaya gedib.
AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bu, Putin və Witkoff arasında üçüncü şəxsi görüş olacaq.
"Flightradar24"ün məlumatına görə, təyyarə Florida ştatının Fort Lauderdeyl şəhərindən havaya qalxaraq Sankt-Peterburqdakı Pulkovo hava limanına enib.
Bundan əvvəlki danışıqlar martın 13-də Kremldə baş tutub.