Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Abşeron yarımadasında aprelin 15-də küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
AFN.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.
Yağıntı aprel ayının 17-dək davam edəcək.