Bessent ABŞ-la Çinin ticarət əlaqələrinin pozulmasını mümkün sayır


Amerika administrasiyasının tarif siyasəti ABŞ və Çin arasında iqtisadi və ticarət əlaqələrini kəsməyə yönəlməyib, lakin bu baş verə bilər.


AFN.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

O, "Bloomberg"ə açıqlamasında Vaşinqton və Pekin arasında ticarət əlaqələrində mümkün fasiləni şərh edib. "Bunun baş verməsinə ehtiyac yoxdur, amma mümkünsüzdür də deyə bilmərən. Nə vaxtsa böyük bir razılaşma olmalıdır" - deyə ABŞ maliyyə naziri qeyd edib.

O, bildirib ki, heç kim Çindən idxal olunan mallara tətbiq edilən yüksək rüsumları məqsədəuyğun hesab etmir və onların qüvvədə qalmasını istəmir: "ABŞ Prezidenti Donald Trampın Çin sədri Si Cinpin ilə çox yaxşı münasibəti var”, - deyə Bessent əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu