Fransa miqrasiya müraciətlərinin sayına görə son beş ildə ilk dəfə Almaniyanı geridə qoyub


Almaniyanın miqrasiya siyasətinin sərtləşdirilməsi fonunda Fransa fevral ayında sığınacaq müraciətlərinin sayına görə Almaniyanı geridə qoyub.


Bu barədə “Le Figaro” qəzeti Avropa Statistika Agentliyinin “Eurostat” məlumatlarına istinadən xəbər yayıb.

Bildirilir ki, fevral ayında Fransa 13 mindən çox sığınacaq müraciəti qeydə alaraq İspaniyanı (12,9 min) və Almaniyanı (12,7 min) geridə qoyub. "Eurostat" hesabatının özündən belə çıxır ki, ən az müraciətlər Lixtenşteyn (5), Monteneqro (10) və Macarıstanda (10) qeydə alınıb.

Fransa beş ildə ilk dəfə bu siyahıya başçılıq edir. Eyni zamanda, Fransa ərazisində rəsmi status almaq istəyən miqrantların sayı son aylarda sabit qalıb və min nəfər civarında dəyişir. Almaniyada müraciətlərin sayı isə əksinə, kəskin azalıb: bu ilin yanvarında bu rəqəm 16,6 min nəfər olub.

Yanvarın 29-da Almaniya hökuməti CDU/CSU fraksiyasının miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı qətnaməsini qəbul edib və bu qətnamə Almaniya üçün Alternativ partiyası tərəfindən dəstəklənib. Sənəd məsləhət xarakteri daşıyırdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu