ABŞ Suriyadakı hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

ABŞ prezidenti Donald Trampın administrasiyası Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraanın ABŞ qoşunlarının mümkün azaldılması və humanitar yardım proqramlarına qoyulan məhdudiyyətlər üçün ölkəni idarə etmək qabiliyyətini qiymətləndirir.
AFN.az xəbər verir ki, bu barədə "Washington Post" öz mənbələrinə istinadən məlumat yayıb.
"Biz Suriya xalqının xatirinə Suriyanı xilas etməyə çalışmırıq. Biz İranın geri qayıtmamasını, İslam Dövlətinin geri qayıtmamasını təmin etməyə çalışırıq. Çünki bu, Amerika xalqının maraqlarına uyğundur", - deyə adını açıqlamayan amerikalı məmur bildirib. Qeyd edilib ki, Tramp administrasiyası qoşunların sayını minimuma azaltmağı və onları yalnız şimal-şərqdə saxlamağı planlaşdırır.
Bu qərar yekun deyil. ABŞ hakimiyyəti Suriya hökumətinə və onun ölkə ərazisinə nəzarət etmək imkanlarına şübhə ilə yanaşır. Nəşr onu da vurğulayır ki, ABŞ-ın qətiyyətsiz hərəkətləri İŞİD-in bölgədə güclənməsinə səbəb ola bilər. "Amerikalılar bizə açıq şəkildə bildirdilər, təəssüf ki, onların dəqiq siyasəti yoxdur", - avropalı diplomat bildirib.