Pentaqon Suriyadakı hərbi kontingentinin sayını mindən az saxlayacaq


ABŞ Müdafiə Nazirliyi yaxın aylarda Suriyadakı hərbi kontingentini 1000-dən az əsgərə qədər azaltmaq niyyətində olduğunu təsdiqləyib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqonun ictimai məsələlər üzrə köməkçisi Şon Parnel bildirib.

"Bu konsolidasiya İŞİD-in regional və qlobal səviyyədə cəlbediciliyini və əməliyyat potensialını azaltmaq üçün atdığımız mühüm addımları əks etdirir. Bu məqsədyönlü və şərti proses qarşıdakı aylarda Suriyadakı Amerika hərbçilərinin sayının 1000-dən az olması ilə nəticələnəcək", - deyə onun açıqlamasında bildirilir.

Qeyd edilir ki, ABŞ Mərkəzi Komandanlığı Suriyada İŞİD-in qalıqlarına zərbələr endirməyə davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu