KİV: ABŞ Krımı Rusiya ərazisi kimi tanıya bilər


Amerika hakimiyyəti Moskva və Kiyev arasında imzalanmış sülh sazişi çərçivəsində Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır.


AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, bu addım ABŞ prezidenti Donald Trampın atəşkəsə nail olmaq və Ukraynadakı münaqişəni həll etmək istəyini nümayiş etdirir. Yekun qərar hələ verilməyib.

"Bloomberg" xatırladır ki, Vaşinqton Parisdəki müttəfiqlərinə Ukraynanın nizamlanmasına dair təkliflər təqdim edib. Onların arasında Rusiyaya qarşı sanksiyaların yumşaldılması və Kiyevin NATO-ya üzvlüyünü müzakirə etməkdən imtina da var. Bundan əlavə, ABŞ layihəsi Rusiyanın işğal etdiyi bütün ərazilərin Rusiyanın nəzarətində qalacağını nəzərdə tutur. Bu planlar üzrə müzakirələr gələn həftə Londonda davam etdiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu