Suriya İraq sərhədinə əlavə qüvvələr göndərir


Suriyanın keçid hökuməti silahlı birləşmələrin fəallığının artması ilə əlaqədar İraqla sərhəd bölgələrdə təhlükəsizliyi gücləndirmək üçün tədbirlər görüb.


AFN.az Suriya televiziyasına istinadən xəbər verir ki, aprelin 18-də Dəməşqdən göndərilən hərbi qüvvələr keçid məntəqəsinin yerləşdiyi Bukamal şəhərinə gəlib.

Onlara Deyr əz-Zor əyalətində şərq sərhədinin bir neçə sahəsinə nəzarəti ələ keçirmək tapşırılıb. Xüsusi təyinatlıların sayı barədə məlumat verilmir.

Bundan əvvəl Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin himayəsi altında İraqın baş naziri Məhəmməd əl-Sudani ilə Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şara arasında danışıqlar aparılıb. İNA agentliyinin verdiyi məlumata görə, əl-Sudani Suriyanın yeni administrasiyasının rəhbərini silahlıları sərhədyanı rayonlarda fəaliyyət göstərən “İslam Dövləti” (İŞID) ekstremist təşkilatına qarşı təsirli tədbirlər görməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu