Aİ və Kiyev ABŞ-in Rusiyaya qarşı sanksiyalarını mərhələli şəkildə yumşaltmağı təklif edir


Avropa və Ukrayna ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi Amerika sanksiyalarını mərhələli şəkildə ləğv etməyi və bu prosesin tərəflər arasında sülh sazişinə əməl olunması proseduruna salınmasını təklif edib.


AFN.az xəbər verir ki, bu barədə aprelin 23-də Londonda danışıqlar zamanı Amerika tərəfinə verilən sənədi əldə edən "Reuters" agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, avropalı və ukraynalı müzakirəçilərin təklifi belədir: “ABŞ-ın 2014-cü ildən Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar davamlı sülh əldə edildikdən sonra tədricən ləğv oluna bilər”. Eyni zamanda, onların sülh müqaviləsinin pozulması halında bərpa olunacağı da istisna edilmir.

Ərazi mübahisələrinə gəlincə, onların tam və qeyd-şərtsiz atəşkəs əldə edildikdən sonra müzakirəsi və həlli təklif olunur. Eyni zamanda, sənədə əsasən, cari təmas xətti əsasında ərazilər üzrə danışıqlar başlayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu