ABŞ-da evsizlərin məcburi psixi xəstəxanaya yerləşdirilməsi gündəmdədir


ABŞ-da evsizliklə mübarizə üçün məcburi psixi xəstəxanaya yerləşdirmə və fentanil verilməsi müzakirə olunur.



Bir bələdiyyə sədrinin evsizlik problemini “onlara istədikləri qədər fentanil vermək istəyirəm” deyərək həll etmək istədiyini bildirdiyi ABŞ-da Ədliyyə Nazirliyi məsələ ilə bağlı işlərini gücləndirib.

“The Washington Post” yazır ki, evsiz insanların ruhi xəstəxanalara məcburi yerləşdirilməsi də nəzərdən keçirilir.

Ölkənin müxtəlif yerlərində evsizlərin ictimai yerlərdə qurduqları düşərgələri dağıtmaq üçün hərəkətə keçən səlahiyyətlilər həftə ərzində Ədliyyə Nazirliyinin əməkdaşlarına bu problemin necə həll olunacağı ilə bağlı elektron məktub göndəriblər.

Çərşənbə gününə qədər cavab tələb edən mesajda müxtəlif suallar var.

Ədliyyə Departamentinin sözçüsü Çad Gilmartin Amerika qəzetinə beyin fırtınası araşdırmasını təsdiqləyərək, bunun sosial dəstək proqramları üçün büdcənin kəsilməsi ilə əlaqəli olmadığını bildirib.

"Washington Post" Donald Trampın əvvəlki administrasiyaların mənzil siyasətindən imtina etdiyini də vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın Kaliforniya ştatının Lankaster şəhərinin Respublikaçı idarəçisi Reks Parris şəhər şurasının iclasında evsizlik problemini müzakirə edərkən, "Mən onlara pulsuz fentanil verməkdən başqa bir şey istəmirəm. Onlara istədikləri qədər fentanil vermək istəyirəm" deyərək manşetlərə çıxıb.

Təkcə ABŞ-da 2023-cü ildə 107 543 nəfərin həddindən artıq dozadan öldüyü təxmin edilir.

Bunlardan 74,702-sinin ölümündə fentanil kimi sintetik opioidlər rol oynayıb.

Son 10 ildə 450.000-dən çox ABŞ vətəndaşının bu narkotiklərdən öldüyü, milyonlarla insanın isə asılı olduğu təxmin edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu