Nazir Pərviz Əbubəkiri “Səhiyyə əlaçısı” etmək üçün əsasnaməni pozub - İDDİA


2024-cü ildə tibb işçilərinin peşə bayramı günü münasibətilə bir neçə nəfər “Səhiyyə əlaçısı” adına layiq görülüb.


AFN.az "Meydan" TV-nin məlumatlarına əsasən xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin əmrində bu döş nişanını alanlar arasında diqqət çəkən adlar olub. Məsələn, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Elxan oğlu Babayev, nazirliyin Mətbuat xidmətinin rəhbəri Pərviz Bəşir oğlu Əbubəkirov və başqaları.

Məsələ ondadır ki, əsasnaməyə görə, hər il 17 iyun tibb işçilərinin peşə bayramı günü ərəfəsində verilən “Səhiyyə əlaçısı” döş nişanı səhiyyə sahəsində 10 il səmərəli xidmət göstərmiş şəxslərə verilməlidir, lakin sonuncu dəfə bu sahədə 3 il və 7 il çalışanlara verilib. Ötən il bu medalın kimlərə, hansı xidmətlərinə görə verilməsi ciddi şübhələrə yol açıb.

Adıçəkilən döş nişanının verilməsi məsələsilə əlaqədar səhiyyə işçilərinin öz arasında belə narazılıqlar var.

Yuxarıda adları çəkilən şəxslərə medalın verilməsi uzun illər səhiyyə sahəsində xidmət etmiş şəxslərin narazılığına səbəb olub. Əsasnamədə həmçinin o da əksini tapıb ki, bu döş nişanı ilə təltif edilən şəxsə maaşının 3 misli qədər pul da da verilir.

İstər Tural Babayev, istərsə də Pərviz Əbubəkirovun səhiyyə sahəsindəki xidmətləri 10 ildən azdır. Aparat rəhbəri olan Tural Babayevin səhiyyə sistemindəki fəaliyyətinin 3 ili tamam olmayıb. Pərviz Abubəkirov isə 7 ilə yaxındır nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

Adları şəkilən şəxslərin hansı səbəbdən Əsasnaməyə zidd olaraq, “Səhiyyə əlaçısı” adına layiq görüldükləri məlum deyil.

Pərviz Əbubəkirov 2018-ci ildə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri təyin olunmamışdan əvvəl jurnalist fəaliyyətilə məşğul olub. O, ANS telekanalında “Cinayət işi”, İctimai Televiziyada “Qanundan kənar” proqramlarının aparıcısı olub. Səhiyyə Nazirliyinə gələndən sonra isə o, mediaya qapalı olduğuna görə jurnalistlərin ən çox şikayətləndiyi mətbuat katiblərindən birinə çevrilib.

Tural Babayev isə 2022-ci ildə Aparat rəhbəri təyin edilməmişdən əvvəl Səhiyyə naziri Teymur Musayevin müşaviri olub. Ondan da öncə – 2021-ci ilə qədər Dövlət Vergi Xidmətində çalışıb.

Əsassız mükafatlandırmalar nəticəsində edilən ödənişlər dövlət büdcəsinə 100 min manatdan çox ziyan vurub.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin münasibətini öyrənmək mümkün olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu