ABŞ-da xarici filmlərə 100 faizlik rüsum tətbiq ediləcək

Tramp Ticarət Departamentinə və ABŞ-ın Ticarət Nümayəndəsinə ölkəyə gələn bütün xarici istehsalı olan filmlərə 100 faizlik rüsumların tətbiqi prosesinə başlamaq səlahiyyəti verib.
ABŞ prezidenti Donald Tramp "Truth" sosial media hesabından verdiyi açıqlamada Amerikada kino sənayesinin çox sürətlə öldüyünü bildirib.
Digər ölkələrin film istehsalçılarını və studiyalarını ABŞ-dan uzaqlaşdırmaq üçün hər cür təşviqi təklif etdiyinə diqqət çəkən Tramp "Hollivud və ABŞ daxilindəki bir çox bölgə viran qalır" deyib.
Bunun digər ölkələrin düşünülmüş cəhdi olduğunu və buna görə də milli təhlükəsizliyə təhdid yaratdığını vurğulayan Tramp bütün bunlarla yanaşı, bunun həm də bir mesaj və təbliğat olduğunu qeyd edib.
Tramp "Ona görə də Ticarət Nazirliyinə və ABŞ Ticarət Nümayəndəliyinə xarici ölkələrdə istehsal olunan və ölkəmizə gələn bütün filmlərə 100 faiz gömrük rüsumunun tətbiqi prosesini dərhal başlatmağa səlahiyyət verirəm. Filmlərin yenidən Amerikada çəkilməsini istəyirik" ifadələrini qeyd edib.