Tramp Alkatraz həbsxanasının yenidən açılmasını istəyir

Tramp Federal Həbsxanalar Bürosuna Kaliforniya ştatının San-Fransisko şəhərində muzeyə çevrilən Alkatraz həbsxanasını qatı cinayətkarlar üçün yenidən açmağı tapşırıb.
ABŞ prezidenti Donald Tramp "Truth" sosial media hesabında Alkatraz həbsxanası ilə bağlı açıqlama verib.
ABŞ-ın uzun müddətdir ki, qatı cinayətkarlarla məşğul olduğunu qeyd edən Tramp, "Keçmişdə daha ciddi bir millət olanda ən təhlükəli cinayətkarları həbs etməkdən çəkinməzdik. Bu cinayətkarlara daha dözməyəcəyik" deyib.
Tramp bildirib ki, o, Federal Həbsxanalar Bürosuna Alkatrazı təmir edib genişləndirərək, ən qatı cinayətkarlar üçün həbsxana kimi istifadə etmək üçün yenidən açmağı tapşırıb.