Tramp İrandan həyatına qarşı böyük təhdidlər aldığını açıqladı


ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İrandan həyatına qarşı böyük təhdidlər aldığını bəyan edib.



Tramp bu barədə sosial media platforması olan "Truth Social" hesabında açıqlama verib.

İrandan həyatına qarşı böyük təhdidlər aldığını qeyd edən Tramp, "Bütün ABŞ ordusu izləyir və gözləyir. İran daha əvvəl də bəzi addımlar atdı, amma işə yaramadı, yenidən cəhd edəcəklər" deyib.

Tramp ətrafının heç görmədiyi qədər silahlı insanların əhatə olduğunu bildirib və ABŞ Məxfi Xidməti üçün əlavə büdcəni yekdilliklə təsdiq etdiyi üçün ABŞ Konqresinə təşəkkür edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu