Tramp: FED qərarlarında ABŞ prezidenti söz sahibi olmalıdır


ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin pul siyasəti ilə bağlı qərarlarında ABŞ prezidenti söz sahibi olmalıdır.



Bu barədə Tramp Floridadakı Mar-a-Laqo kompleksində keçirdiyi mətbuat konfransında deyib.

Donald Tramp "Düşünürəm ki, çox pul qazanmışam, çox uğurlu olmuşam və bir çox hallarda FED-dəki insanlardan və ya prezidentindən daha yaxşı instinktim var" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu