Mourinyodan açıqlama: Klub rəhbərliyinə hörmət olaraq...

Joze Mourinyo “Fənərbaxça”dan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Portuqaliyalı məşqçi bu mövzuda danışmaq istəmədiyini deyib: “Mən gələcəkdə komandada qalıb-qalmayacağımla bağlı açıqlama verməyəcəyəm. Bu, ictimaiyyət qarşısında müzakirə ediləsi məsələ deyil. Klub rəhbərliyinə hörmət olaraq bu mövzuda danışmaq istəmirəm”.
62 yaşlı Jose Mourinyo 2024-cü ilin iyulunda “Fənərbaxça”ya baş məşqçi gətirilib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Onun rəhbərliyi altında “Fənərbaxça” klubu Türkiyə Super Liqasının 2024-2025 sezonunda 75 xalla 2-ci pillədədir. Komandanın bu sezonda Türkiyə liqasında heç bir İstanbul derbisini qazanmaması cameənin ciddi etirazlarına səbəb olub.