Kral Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsini tərk edib


Kral Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı, Birinci Dəniz Lordu admiral Ben Key vəzifəsini tərk edib.


AFN.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzetinə Krallığın Müdafiə Nazirliyindən məlumat verilib.

"Ser Ben Key şəxsi vəziyyətinə görə tutduğu vəzifədən istefa verib. Əlavə şərh olmayacaq", - deyə idarənin mətbuat xidmətindən nəşrə bildirilib.

Qəzetin məlumatına görə, baş komandanın vəzifələrini müvəqqəti olaraq onun müavini, vitse-admiral Martin Konnel yerinə yetirəcək. Bildirilir ki, Krallığın Müdafiə Nazirliyi artıq Keynin bir neçə potensial varisi ilə danışıqlar aparıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu