Alman kardinal yalançı şahidlik istintaqını dayandırmaq üçün 26 min avro ödəyəcək


Almaniyada Köln arxiyepiskopu kardinal Rainer Maria Voelki tarixi cinsi istismar iddiasında yalan yerə andlı şahidlik səbəbiylə açılan istintaqa son qoymaq üçün bir xeyriyyə təşkilatına 26 min avro ödəməyə məhkum edilib.



Köln prokurorluğundan verilən açıqlamada 2019-cu ildə vəfat edən keşiş Vinfrid Pilslə bağlı cinsi təcavüz iddialarını bildiyi halda yeni Papanın seçilməsi üçün toplanacaq kardinallar arasında olacaq Voelki haqqında məhkəmədə verdiyi andlı ifadəsində bunun əksini ifadə etməsi ilə bağlı istintaq başladıldığı xatırladılıb.

Prokurorluq 68 yaşlı kardinal Voelkiyə qarşı iddia qaldırmaq və qısamüddətli həbs cəzasına cəlb etmək tələbini rədd edərək, kilsə ilə əlaqəsi olmayan bir xeyriyyə təşkilatına 26 min avro ödənilməsini əmr edib.

Prokurorluq ayın sonuna qədər pulun ödənilməməsi halında araşdırmanı davam etdirəcəyini və ittiham irəli sürəcəyini də açıqlayıb.

Köln Baş Yepiskopluğu tərəfindən verilən açıqlamada isə Kardinal Voelki "Artıq bir nəticəyə gəldiyimiz üçün məmnunam və minnətdaram. İndi bütün gücümüzü gələcəyin çətin işlərinə sərf edə bilərik" deyib.

Qeyd edək ki, Almaniyada qanun yalan yerə andlı ifadə verənlərə ən azı bir il həbs cəzası nəzərdə tutur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu