Aİ Kiyevə 2022-ci ilin fevralından bəri 147 milyard avro yardım edib

Avropa İttifaqının 2022-ci ilin fevralından bəri Ukraynaya ümumi dəstəyi 147 milyard avroya çatıb ki, bunun da 50 milyard avrosu hərbi yardım olub.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın Avropa İttifaqı məsələləri üzrə naziri Adam Şlapka Avropa Parlamentində keçirilən debatda bildirib.
"Aİ-nin Ukraynaya və onun xalqına verdiyi dəstəyin təxminən 147 milyard avro olduğu təxmin edilir ki, bunun da 50,3 milyard avrosu hərbi yardımdır", - deyə o bildirib. Qeyd edib ki, bundan əlavə, 73 min ukraynalı hərbçi Aİ ölkələrində təlim keçib.
Şlapka həmçinin ümid etdiyini bildirib ki, Aİ Polşanın birliyə sədrlik müddəti başa çatana qədər, yəni iyunun sonuna qədər 17-ci anti-Rusiya sanksiyalar paketini təsdiq edə biləcək.