Çin və ABŞ ticari-iqtisadi məsləhətləşmələr mexanizmi yaratmaq barədə razılaşıblar

Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifenq və ABŞ-ın maliyyə naziri Skott Bessent İsveçrədəki danışıqların yekunlarına görə ticarət-iqtisadi məsləhətləşmələr mexanizminin yaradılması barədə razılığa gəliblər.
AFN.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilir ki, Çin və ABŞ tezliklə müvafiq detalları razılaşdıracaq və mayın 12-də danışıqların nəticələrinə dair birgə bəyanat dərc edəcək. He Lifenqin sözlərinə görə, mayın 10-11-də baş tutan danışıqlar səmimi, dərin və konstruktiv olub və tərəflər mühüm konsensusa nail olub, mühüm irəliləyiş əldə ediblər.