ABŞ Suriyaya qarşı bütün sanksiyaları ləğv edir


ABŞ prezidenti Tramp Türkiyə prezidenti Ərdoğanla görüşlərini xatırladaraq "Suriyada sanksiyaların yumşaldılması qərarını Ərdoğanla görüşlərimdən sonra verdim. Dövlət katibi Marko Rubio bu həftə Türkiyədə Suriyanın yeni xarici işlər naziri ilə görüşəcək" deyib.



Tramp Körfəz turu çərçivəsində Ər-Riyadda iştirak etdiyi Səudiyyə Ərəbistanı-ABŞ Birgə İnvestisiya Forumunda çıxış edib.

ABŞ prezidenti çıxışında ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyaları xatırladıb və sanksiyaları ləğv edəcəklərini açıqlayıb.

Prezident Ərdoğanla telefonla danışdığını xatırladan Tramp "Ötən gün Türkiyə lideri Ərdoğan da oxşar tələblə çıxış etdi. Bunu Yaxın Şərqdəki digər hörmətli dostlarım da söylədi. Suriyaya qarşı sanksiyaları qaldıracağıq" deyib.

Dünən İstanbuldakı danışıqlara özünün də qatıla biləcəyini deyən Tramp Marko Rubionun bu həftə Türkiyədə Suriyanın yeni xarici işlər naziri ilə görüşəcəyini bildirib.

Tramp İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının çox yaxşı nəticə verəcəyini və ABŞ dövlət katibi Rubionun bu danışıqlarda iştirak edəcəyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu