Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alır

Azərbaycan Mərkəzi Bankı Mənzər Hacıyeva (VÖEN – 1701418472) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Satınalma milli kəlağayıların satın alınması ilə bağlıdır. Mərkəzi Bank kəlağayılar üçün Mənzər Hacıyevaya 1150 manat ödəyəcək.
Qeyd edək ki, Mərkəzi Bankın Mənzər Hacıyevadan neçə ədəd kəlağayı alacağı açıqlanmayıb.
Məlumat üçün bildirək ki, Mənzər Hacıyeva Milli Məclisinin sabiq deputatı Asəf Hacıyevin qızıdır. 1986-cı ildə anadan olan Mənzər Hacıyeva Nyu-York Universitetini bitirib və ixtisas təhsilini Parsons Dizayn İnstitutunda davam etdirib. "Menzer Hajiyeva” kəlağayı brendinin dizayneri olan Mənzər Hacıyeva fransalı iş adamı Saşa Sebbaxla ailə həyatı qurub.