Hindistan Pakistana qarşı əməliyyatla bağlı xarici ölkələri məlumatlandıracaq

Hindistan hökuməti Pakistana qarşı “Sindoor” hərbi əməliyyatı haqqında məlumat yaymaq üçün bütün parlament partiyalarının nümayəndələrindən ibarət nümayəndə heyətlərini xaricə göndərməyi planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə “The Indian Express” məlumat yayıb.
Bildirilir ki, Hindistanın xüsusi nümayəndələri terror təhlükəsi ilə mübarizədə respublikanın bütün siyasi qüvvələrinin birliyini xaricdə nümayiş etdirməli və "İslamabadın himayə etdiyi “Ləşkər-e-Taibə” qrupunun Pahalqamdakı hücumu"ndan dəyən zərər, habelə Pakistana qarşı “Sindoor cavabı” hərbi əməliyyatı barədə obyektiv məlumat verməlidir.
Qəzetin mənbələrinin məlumatına görə, yaxın günlərdə Hindistan bu cür parlament nümayəndə heyətlərini ilk növbədə Avropa və Yaxın Şərq ölkələrinə göndərəcək. Qəzet yazır ki, Hindistan hakimiyyəti müxalifət nümayəndələrini bu missiyalara qoşulmağa dəvət edib.