Keçmiş başçının direktor qızı işdən çıxarıldı

Bakının 200 saylı məktəb-lisey kompleksinin direktoru Esmira Quliyeva işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
AFN.az manset.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Hazırda məktəbin direktoru vəzifəsinə yeni təyinat yoxdur.
Qeyd edək ki, Esmira Quliyeva Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin qızıdır.