"Əl-Cəzirə": Qəzzada bir gündə 150-dən çox insan həlak olub


Mayın 18-də İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 151 nəfər həlak olub.



AFN.az xəbər verir ki, bu barədə məlumatı "Əl-Cəzirə" telekanalı yayıb. Bildirilir ki, həlak olanlardan 70 nəfəri Qəzza şəhəri və anklavın şimalındakı ərazilərin bombalanması nəticəsində həyatını itirib.



İsrailin baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, İsrail Müdafiə Qüvvələri Qəzzada radikal HƏMAS hərəkatını məğlub etmək üçün “Gideonun arabaları”adlı hərbi əməliyyatın həlledici mərhələsinə keçib. Onun sözlərinə görə, quru qoşunları anklavın dərinliklərinə doğru irəliləyir, HƏMAS strukturlarına dəqiq zərbələr endirir və əsas mövqeləri ələ keçirir.



Gendelman əlavə edib ki, son bir həftədə İsrail təyyarələri yüzlərlə hədəfi — anbarlar, tunellər, raket mövqeləri və döyüşçüləri məhv edib.



Dünən İsrail ordusu yanvarda əldə olunan atəşkəsi pozaraq hərbi əməliyyatlara yenidən başlayıb və Qəzza ərazisinə kütləvi zərbələr endirib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bunun səbəbini HƏMAS hərəkatının vasitəçilər və ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffun təqdim etdiyi təklifləri rədd etməsi ilə əlaqələndirib. Bildirilib ki, əməliyyatın məqsədi bütün girovların azad olunmasıdır.



HƏMAS isə öz növbəsində əməliyyatların yenidən başlamasında İsraili və ABŞ-ı ittiham edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu