Mask Durovu alqışladı


İlon Mask, Rumıniyada keçiriləcək prezident seçkiləri ərəfəsində Fransanın tələbi ilə Rumıniyanın mühafizəkar kanallarını bloklamaqdan imtina edən "Telegram" həmtəsisçisi Pavel Durovu dəstəkləyib.



AFN.az xəbər verir ki, bu barədə milyarder sahibkar X (keçmiş Twitter) hesabında paylaşım edib. O, Durovun mövqeyini dəstəkləyərək açıqlamasını “Düzgün!” şərhi ilə yayımlayıb.



Qeyd edək ki, Pavel Durov Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəhbəri Nikolas Lernerin Rumıniyada keçiriləcək prezident seçkiləri öncəsində mühafizəkarların Telegram kanallarını bağlamağı tələb etdiyini açıqlayıb. O bildirib ki, bu tələbi ifadə azadlığına zidd hesab etdiyi üçün rədd edib.



Mayın 18-də keçirilən Rumıniya prezident seçkilərində müstəqil namizəd Nikusor Dan qalib gəlib. O, səslərin 53,60%-ni toplayaraq birinci olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu