“Salyanski kazarma”nın sabiq xidmət rəisi həbs edildi

Azərbaycan Ordusunun sabiq zabiti Şahin Quliyev həbs olunub
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin keçmiş rəisi Şahin Quliyev həbs edilib.
Məlumata görə, Quliyev Şahin Varis oğlu bir qrup şəxslə əlbir olaraq külli miqdarda rüşvət almaqda ittiham edilir. Onun barəsində yekun ittiham irəli sürülüb və cinayət işi məhkəməyə göndərilib.
Qeyd edək ki, bu qurum "Salyanski kazarma" adı ilə də tanınır. Mərkəzin digər sabiq vəzifəli şəxsi – TTM-in Maliyyə Xidmətinin keçmiş rəisi Rəşad Məlikzadə də bir müddət əvvəl külli miqdarda mənimsəmə ittihamı ilə məhkum olunmuşdu.