Sabaha olan hava proqnozu açıqlandı


Bakıda və Abşeron yarımadasında mayın 23-ü hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.



Bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.



Qeyd olunur ki, şimal-şərq küləyi səhər saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.



Havanın temperaturu:



  • Gecə: 15-17° isti

  • Gündüz: 24-29° isti



Atmosfer təzyiqi: 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək.


Nisbi rütubət: gecə 70-75 %, gündüz 45-50 % olacaq.



Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.



Havanın temperaturu rayonlarda:



  • Gecə: 13-18° isti

  • Gündüz: 26-31° isti

  • Dağlarda gecə: 5-10° isti

  • Dağlarda gündüz: 15-20° isti




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu