Kreml Vatikanda Kiyevlə danışıqlara razılıq verməyib

Vatikanda Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların növbəti raundu ilə bağlı razılıq yoxdur.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, jurnalistlərə açıqlamasında qeyd edib ki, bu məsələ ilə bağlı heç bir razılaşma yoxdur.
Vatikanda Ukrayna ilə bağlı mümkün məsləhətləşmələr mövzusunda açıqlama Qərb mediasında yayılıb.