ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahında atışma

ABŞ-ın Virciniya ştatında yerləşən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qərargahının girişində təhlükəsizlik xəbərdarlığına tabe olmayan sürücü atəşə tutulub.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, sürücü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi və buna görə cinayət məsuliyyətinə cəlb olunacağı bildirilib.
Hadisə zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəşin sürücüyə isabet edib-etmədiyi barədə məlumat verilməyib. Lakin avtomobilin CIA binasına daxil ola bilmədiyi və təhlükəsizlik əməkdaşlarının xəsarət almadığı qeyd olunub.
Baş verən insidentdən sonra Mərkəzi Kəşfiyyat İdarəsinin binasına giriş və ətraf yollar nəqliyyat üçün müvəqqəti olaraq bağlanıb.