Mask CIA Baş Qərargahında

ABŞ Hökumətin Effektivliyi Departamentinə (DOGE) nəzarət edən milyarder İlon Mask Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qərargahına baş çəkib.
AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
“Digər dövlət qurumlarından fərqli olaraq, DOGE-nin CIA-nın məlumat bazalarına və ya daxili sistemlərinə çıxışı olmayacaq, çünki onların əksəriyyəti tam məxfidir”, - deyə mənbə "Axios"a bildirib.
Qeyd edilir ki, Maskın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və onun müavini Maykl Ellis, eləcə də digər kəşfiyyat rəsmiləri ilə görüşü olub. O, həmsöhbətlərinə DOGE-nin tapıntılarını təqdim edib ki, bu da MKİ-nin büdcə xərclərini azaltmaq səylərində faydalı ola bilər.